- İspaniya L.L.
- 20:51 26.04.2026
İspaniya çempionatının 32-ci turu çərçivəsində “Real Sosyedad” səfərdə “Rayo Valyekano”nun qonağı olub.
90deqiqe.Az-ın məlumatına görə, gərgin və məhsuldar keçən qarşılaşma 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. Qonaqlar hesabı ilk hissənin ortalarında açıb. Mikel Oyarzabal Ander Barreneçeanın ötürməsindən sonra fərqlənib.
Görüşün 30-cu dəqiqəsinə yaxın meydan sahibləri Serxio Kamelonun dəqiq zərbəsi ilə tarazlığı bərpa ediblər. İkinci hissədə, 63-cü dəqiqədə “Real Sosyedad” yenidən önə keçib – bu dəfə Orri Ouskarsson qol müəllifi olub.
76-cı dəqiqədə Mikel Oyarzabal penaltini dəqiq yerinə yetirərək hesab fərqini artırıb. Lakin oyunun sonlarında “Rayo Valyekano” geri dönüş edərək məğlubiyyətdən xilas olub. Floriyan Lejen və Aleksandre Juravski meydan sahiblərinin qollarına imza atıblar.
Bu nəticədən sonra “Real Sosyedad” xallarını 43-ə çatdıraraq turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. “Rayo Valyekano” isə 39 xalla 11-ci sıradadır.