26 aprel 2026. Bazar günü

Mbappe qalmaqalı “Real Madrid”də narazılıq yaratdı


Mbappe qalmaqalı “Real Madrid”də narazılıq yaratdı

İspaniya La Liqasında növbəti turun oyununda “Real Madrid” səfərdə “Betis”lə 1:1 hesablı heç-heçə edib.

90deqiqe.Az-ın məlumatına görə, görüşün sonlarına yaxın Madrid klubunun hücumçusu Kylian Mbappé əvəzlənməsini istəyib və bu qərar klub daxilində narazılıqla qarşılanıb. Bildirilir ki, futbolçu oyunun gedişində saatı yoxladıqdan sonra ehtiyat oyunçular skamyasına yollanıb.

“Real Madrid” rəhbərliyi bu davranışdan məmnun qalmayıb.

Madrid klubunun xal itkisindən bir gün sonra “Barselona” “Xetafe”ni 2:0 hesabı ilə məğlub edib. Bu nəticədən sonra kataloniyalıların çempionatda “Real Madrid” üzərində üstünlüyü 11 xala yüksəlib.

“Barselona” növbəti turda çempionluğu rəsmiləşdirmək şansı qazanıb və bu, “El-Klasiko” matçından öncə baş verə bilər.

“Real Madrid” isə növbəti oyununu mayın 3-də “Espanyol”a qarşı keçirəcək.







İspaniya L.L.

“Elçe” səfərdə qələbə qazandı
  • İspaniya L.L.
  • 20:51 26.04.2026
“Elçe” səfərdə qələbə qazandı
 “Valensiya”dan çətin qələbə
  • İspaniya L.L.
  • 23:09 25.04.2026
“Valensiya”dan çətin qələbə
“Real” 30 milyonluq təklifi rədd etdi
  • İspaniya L.L.
  • 18:40 25.04.2026
“Real” 30 milyonluq təklifi rədd etdi
 “Sevilya” səfərdə uduzdu
  • İspaniya L.L.
  • 23:15 23.04.2026
“Sevilya” səfərdə uduzdu