- İspaniya L.L.
- 23:49 26.04.2026
Ötən gün “Barselona” səfərdə “Xetafe” üzərində 2:0 hesablı qələbə qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, bununla da “Barsa” bu rəqibə qarşı ardıcıl beş səfər oyunundan ibarət qələbəsiz seriyanı sona çatdırıb.
Qeyd edək ki, bu, komandaların İspaniya çempionatında üz-üzə gəldiyi müddətdə “Barselona”nın “Xetafe”yə qarşı ən uzunmüddətli belə uğursuz seriyası idi.
Sonuncu dəfə 28 sentyabr 2019-cu ildə “Barselona” “Xetafe”nin meydanında eyni hesabla – 2:0 qalib gəlmişdi. Daha sonra komandalar 17 oktyabr 2020-ci ildə yenidən qarşılaşıb və bu dəfə meydan sahibləri 1:0 hesabı ilə üstün olublar.
Ardınca “Xetafe”nin meydanında üç oyunda qalib müəyyənləşməyib – 15 may 2022-ci il, 16 aprel 2023-cü il və 13 avqust 2023-cü il tarixlərində keçirilən görüşlər 0:0 hesabı ilə yekunlaşıb.
Nəhayət, ötən ilin yanvarında, 2025-ci ildə baş tutan qarşılaşmada tərəflər 1:1 hesablı heç-heçə edib.