27 aprel 2026. Bazar ertəsi

“Sevilya” səfərdə “Osasuna”ya məğlub oldu


“Sevilya” səfərdə “Osasuna”ya məğlub oldu

İspaniya çempionatının 32-ci turunda “Osasuna” doğma meydanda “Sevilya”nı qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, Pamplonada keçirilən qarşılaşma meydan sahiblərinin 2:1 hesabı ilə başa çatıb. Oyunun 69-cu dəqiqəsində Nil Mopenin qolu qonaqları hesabda önə çıxarıb. Lakin 80-ci dəqiqədə Raul Qarsiyanın səyləri nəticəsində “Osasuna” tarazlığı bərpa edib.

Görüşün əsas vaxtına əlavə olunmuş dəqiqələrin sonlarında (90+9) Alexandro Katena fərqlənərək meydan sahiblərinə qələbə qazandırıb.

Bu nəticədən sonra Pamplona təmsilçisi 42 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Son səkkiz turda cəmi bir qələbə qazanan “Sevilya” isə aşağı liqaya düşmə zonasından çıxa bilməyib. Yeddiqat Avropa Liqası qalibi hazırda 34 xalla 18-ci yerdədir və xilas zonasında olan 17-ci pillədəki “Malyorka”dan bir xal geri qalır.







İspaniya L.L.

Levandovski "Barselona"dan ayrılacaq
  • İspaniya L.L.
  • 23:49 26.04.2026
Levandovski "Barselona"dan ayrılacaq
“Elçe” səfərdə qələbə qazandı
  • İspaniya L.L.
  • 20:51 26.04.2026
“Elçe” səfərdə qələbə qazandı
 “Valensiya”dan çətin qələbə
  • İspaniya L.L.
  • 23:09 25.04.2026
“Valensiya”dan çətin qələbə