27 aprel 2026. Bazar ertəsi

Xavi Neymarın “Barselona”ya mümkün qayıdışının baş tutmamasının səbəbini açıqlayıb


Xavi Neymarın “Barselona”ya mümkün qayıdışının baş tutmamasının səbəbini açıqlayıb

“Barselona”nın sabiq yarımmüdafiəçisi və baş məşqçisi Xavi, braziliyalı hücumçu Neymarın Kataloniya klubuna baş tutmayan qayıdışı barədə danışıb.  

90deqiqe.Az xəbər verir ki, Xavi bu barədə Romarionun "YouTube" kanalına müsahibəsində bildirib.

“Belə bir imkan var idi, lakin bu baş tutmadı. Səbəb bizim son dərəcə çətin maliyyə vəziyyətimiz idi. Maliyyə qaydaları bizi ciddi şəkildə məhdudlaşdırırdı, əvvəlki dövrdən qalan yüksək maaş öhdəlikləri isə heyəti gücləndirmək planlarımıza böyük təsir göstərirdi. Bu, bizim üçün ağır və olduqca mürəkkəb bir dövr idi. Məhz buna görə Neymar maliyyə hesablamalarımızda yer ala bilmədi”

Qeyd edək ki, hazırda futbolçu “Santos”da çıxış edir.







İspaniya L.L.

Levandovski "Barselona"dan ayrılacaq
  • İspaniya L.L.
  • 23:49 26.04.2026
Levandovski "Barselona"dan ayrılacaq
“Elçe” səfərdə qələbə qazandı
  • İspaniya L.L.
  • 20:51 26.04.2026
“Elçe” səfərdə qələbə qazandı
 “Valensiya”dan çətin qələbə
  • İspaniya L.L.
  • 23:09 25.04.2026
“Valensiya”dan çətin qələbə