- İspaniya L.L.
- 22:01 27.04.2026
“Atletiko”nun hücumçusu Julian Alvares yay transfer dövründə “Barselona”ya keçə biləcəyi ilə bağlı yayılan şayiələrə münasibət bildirib.
90deqiqe.Az-ın məlumatına görə, futbolçu deyib ki, yayılan məlumatlara ciddi yanaşmamağa çalışır:
“Hər həftə yeni bir xəbər ortaya çıxır. Mən enerjimi buna sərf etmirəm, işimə fokuslanıram. Hazırda həm mövsümün, həm də komandanın ən vacib dövrüdür və mən komandama kömək etmək üçün hazır olmaq istəyirəm. Hər dəfə çıxıb hər xəbəri təkzib edə və ya izah edə bilmərəm.”
Qeyd edək ki, Atletico Madrid Çempionlar Liqasının növbəti mərhələsində “Arsenal”la qarşılaşacaq. Madrid şəhərində keçiriləcək oyun Bakı vaxtı ilə 23:00-da start götürəcək.