- İspaniya L.L.
- 23:08 28.04.2026
"Mançester Siti" klubunun mərkəz müdafiəçisi Con Stounz cari mövsümün sonunda komandadan ayrılacaq.
90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İngiltərəli futbolçu 2016-cı ildən “Mançester Siti”də çıxış edirdi. O, həmin vaxt “Everton” klubundan 55 milyon avro qarşılığında transfer olunmuşdu.
Stounz “şəhərlilər”in heyətində bütün turnirlərdə 293 oyun keçirib, 19 qol vurub və 9 məhsuldar ötürmə edib.
31 yaşlı müdafiəçi “Mançester Siti” ilə ümumilikdə 19 kubok qazanıb. Onların arasında 6 İngiltərə Premyer Liqası çempionluğu, 2 İngiltərə Kuboku və UEFA Çempionlar Liqası titulu da var.