16 iyun 2026. Çərşənbə axşamı

İspaniyalı futbolçu hakimi təhqirə görə 7 oyunluq cəzalandırıldı


İspaniyalı futbolçu hakimi təhqirə görə 7 oyunluq cəzalandırıldı

İspaniya La Liqasının 32-ci turunun yekunlarına əsasən “Rayo Valyekano”nun hücumçusu İsi Palason 7 oyunluq cəzaya məruz qalıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə İspaniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Cəzanın səbəbi hakimi təhqir etməsidir.

Madrid şəhərində “Real Sosyedad”a qarşı keçirilən oyunda Palason artıq əvəzləndikdən sonra hakim qərarına etiraz əlaməti olaraq meydana daxil olub və daha sonra referini “alçaq” adlandırıb.

Qərara əsasən, futbolçu 4 oyunu hakimi təhqir etdiyinə görə, 2 oyunu qərarla razılaşmamağa görə, daha 1 oyunu isə sarı vərəqə limitini keçdiyi üçün buraxacaq.

Beləliklə, hücumçunun La Liqadakı mövsümü başa çatıb. Lakin “Rayo Valyekano” UEFA Konfrans Liqasında mübarizəni davam etdirir.

Xatırladaq ki, daha əvvəl Sequnda Liqasının qapıçılarından biri 13 oyunluq cəza almışdı.







İspaniya L.L.

Rafa Mirə 8,5 il həbs cəzası verildi
  • İspaniya L.L.
  • 20:36 15.06.2026
Rafa Mirə 8,5 il həbs cəzası verildi
Xedira "Real Madrid"ə qayıdır
  • İspaniya L.L.
  • 12:22 15.06.2026
Xedira "Real Madrid"ə qayıdır
Salqado Yamalı Messi ilə müqayisə etdi
  • İspaniya L.L.
  • 22:27 13.06.2026
Salqado Yamalı Messi ilə müqayisə etdi