1 may 2026. Cümə

Deputatlar La Liqanın piratçılıq mübarizəsinə sərt reaksiya verdi


Deputatlar La Liqanın piratçılıq mübarizəsinə sərt reaksiya verdi

İspaniya Konqresinin deputatları ölkədə saytların kütləvi şəkildə bloklanması probleminə reaksiya verməyə başlayıblar.

90deqiqe.Az-ın “Democrata” nəşrinə istinadən məlumatına görə, bu hallar əsasən La Liqa rəhbərliyinin pirat yayımlara qarşı mübarizəsi fonunda baş verir.

Bu bloklamalar təkcə qeyri-qanuni resurslara deyil, həm də tam qanuni xidmətlərə təsir göstərir.

Parlament komissiyası artıq yeni təşəbbüsü təsdiqləyib. Sənədə əsasən, IP ünvanlarının “seçimsiz” bloklanmasının qadağan olunması və üçüncü tərəflərə mümkün təsirlərin nəzərə alınması təklif edilir.

Bununla yanaşı, piratçılığa qarşı tədbirlərin daha dəqiq olması və qanuni saytların zərər görməməsi üçün Avropanın rəqəmsal xidmətlərə dair qanunvericiliyinə dəyişikliklərin edilməsi də planlaşdırılır.

Qeyd olunur ki, daha əvvəl bu cür bloklamalar səbəbindən İspaniyada bəzən faydalı xidmətlər, o cümlədən nəqliyyat tətbiqləri və müxtəlif xəstəliklərdən əziyyət çəkən şəxslərə yardım sistemləri fəaliyyətini dayandırıb.

Deputatlar vurğulayırlar ki, İspaniya çempionatının qeyri-qanuni yayımlarına qarşı mübarizə aparılmalıdır, lakin bu, istənilən vasitə hesabına həyata keçirilməməlidir.







İspaniya L.L.

“Real Madrid” Klopp qərarını verdi
  • İspaniya L.L.
  • 21:54 30.04.2026
“Real Madrid” Klopp qərarını verdi
“Çempionlar Liqası arzularım yoxdur”
  • İspaniya L.L.
  • 23:01 28.04.2026
“Çempionlar Liqası arzularım yoxdur”
“Hər xəbərə cavab verə bilmərəm”
  • İspaniya L.L.
  • 22:01 27.04.2026
“Hər xəbərə cavab verə bilmərəm”
Levandovski "Barselona"dan ayrılacaq
  • İspaniya L.L.
  • 23:49 26.04.2026
Levandovski "Barselona"dan ayrılacaq