- İspaniya L.L.
- 23:20 01.05.2026
İspaniyanın “Barselona” klubunun baş məşqçisi Hans-Diter Flik ilə yeni müqavilənin müddəti ilə bağlı razılıq əldə olunub.
90deqiqe.Az-ın “Mundo Deportivo"ya istinadən məlumatına görə, yeni sözləşmə 2028-ci ilə qədər nəzərdə tutulub və əlavə olaraq bir mövsümlük uzadılma imkanı da olacaq. Alman mütəxəssisin hazırkı müqaviləsi isə 2027-ci ilin yayına qədər qüvvədədir.
Bildirilir ki, Flikin agenti Pini Zahavi son detalları razılaşdırmaq üçün gələn həftə Barselonaya səfər edəcək. Təcrübəli mütəxəssis “Barselona” çempionluğu rəsmiləşdirdikdən sonra yeni müqaviləyə imza atacaq.
Hazırda İspaniya çempionatında 33 turdan sonra 85 xala malik olan “Barselona” turnir cədvəlinə başçılıq edir. Kataloniya təmsilçisi ikinci pillədə qərarlaşan Madrid “Real”ını 11 xal qabaqlayır. Mövsümün başa çatmasına isə beş tur qalıb.