18 iyun 2026. Cümə axşamı

“Betis” “Ovyedo”nu darmadağın etdi


“Betis” “Ovyedo”nu darmadağın etdi

İspaniya La Liqasının 34-cü turunda “Betis” doğma meydanda “Ovyedo”nu qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, görüşdə meydan sahibləri 3:0 hesablı qələbə qazanıb.

Sevilya təmsilçisi oyunda hesabı ilk hissənin ortalarında açıb. Pablo Fornalsın ötürməsindən sonra Kucho Ernandes topu rəqib qapısından keçirib.

Fasiləyə az qalmış “Betis” ikinci qolu vurub. Bu dəfə Abdə Ezalzuli fərqlənib, qolun ötürməsini isə Antoni verib.

59-cu dəqiqədə qonaqlar daha bir qolla üzləşib. Kucho Ernandes dublunu rəsmiləşdirib. Qarşılaşmanın sonunadək hesab dəyişməyib.

Bu qələbədən sonra “Betis” 53 xalla turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. “Ovyedo” isə 28 xalla əvvəlcədən Segunda Liqasına düşməsini rəsmiləşdirib.







İspaniya L.L.

Sebalyos "Real Madrid"dən ayrılır
  • İspaniya L.L.
  • 23:09 17.06.2026
Sebalyos "Real Madrid"dən ayrılır
Rafa Mirə 8,5 il həbs cəzası verildi
  • İspaniya L.L.
  • 20:36 15.06.2026
Rafa Mirə 8,5 il həbs cəzası verildi
Xedira "Real Madrid"ə qayıdır
  • İspaniya L.L.
  • 12:22 15.06.2026
Xedira "Real Madrid"ə qayıdır
Salqado Yamalı Messi ilə müqayisə etdi
  • İspaniya L.L.
  • 22:27 13.06.2026
Salqado Yamalı Messi ilə müqayisə etdi