19 iyun 2026. Cümə

“Real”ın müdafiəçisi zədələndi


“Real”ın müdafiəçisi zədələndi

“Real”ın müdafiəçisi Ferlan Mendi İspaniya çempionatının 34-cü turunda “Espanyol”a qarşı keçirilən oyunda zədələnib.

90deqiqe.Az xəbər verir ki, fransalı futbolçu Madrid təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmanın 14-cü dəqiqəsində meydanı tərk etmək məcburiyyətində qalıb.

Oyundan sonra klubun tibbi heyəti futbolçunu müayinədən keçirib. Mendinin sağ ayağının bud nahiyəsində düz əzələ zədəsi aşkarlanıb.

Yaxın günlərdə həkimlər müdafiəçinin durumunu izləməyə davam edəcək və onun bərpa müddətini müəyyənləşdirəcəklər.

30 yaşlı futbolçu bu mövsüm İspaniya çempionatında 5 oyunda iştirak etsə də, məhsuldar göstərici ilə yadda qalmayıb. Onun Madrid klubu ilə müqaviləsi 2028-ci ilin ortalarına qədər qüvvədədir.







İspaniya L.L.

Sebalyos "Real Madrid"dən ayrılır
  • İspaniya L.L.
  • 23:09 17.06.2026
Sebalyos "Real Madrid"dən ayrılır
Rafa Mirə 8,5 il həbs cəzası verildi
  • İspaniya L.L.
  • 20:36 15.06.2026
Rafa Mirə 8,5 il həbs cəzası verildi
Xedira "Real Madrid"ə qayıdır
  • İspaniya L.L.
  • 12:22 15.06.2026
Xedira "Real Madrid"ə qayıdır