19 iyun 2026. Cümə

Marselino mövsümün sonunda “Vilyarreal”dan ayrılır


Marselino mövsümün sonunda “Vilyarreal”dan ayrılır

İspaniyalı baş məşqçi Marselino Toral mövsümün sonunda “Vilyarreal”dakı fəaliyyətini başa vuracaq.

90deqiqe.Az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədə olsa da, uzadılmayacaq.

60 yaşlı çalışdırıcının 2023-cü ilin payızında yenidən “Vilyarreal”a qayıdıb. O, daha əvvəl 2013–2016-cı illərdə də komandaya rəhbərlik edib.

Xatırladaq ki, mayın 2-də Toralın komandası öz meydanında “Levante”ni 5:1 hesabı ilə məğlub edib.

İspaniya çempionatında 34 turdan sonra “Vilyarreal” 68 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Komanda növbəti turda səfərdə “Malyorka” ilə qarşılaşacaq. 35-ci turun oyunu mayın 10-da keçiriləcək.







İspaniya L.L.

Sebalyos "Real Madrid"dən ayrılır
  • İspaniya L.L.
  • 23:09 17.06.2026
Sebalyos "Real Madrid"dən ayrılır
Rafa Mirə 8,5 il həbs cəzası verildi
  • İspaniya L.L.
  • 20:36 15.06.2026
Rafa Mirə 8,5 il həbs cəzası verildi
Xedira "Real Madrid"ə qayıdır
  • İspaniya L.L.
  • 12:22 15.06.2026
Xedira "Real Madrid"ə qayıdır