20 iyun 2026. Şənbə

Edin Terziç “Atletik”in baş məşqçisi olacaq


Edin Terziç “Atletik”in baş məşqçisi olacaq

Almaniyanın "Borussiya Dortmund" klubunun sabiq baş məşqçisi Edin Terziç karyerasını İspaniyada davam etdirəcək.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis "Atletik"in yeni baş məşqçisi təyin olunub.

Qeyd edək ki, daha əvvəl klub Ernesto Valverdenin cari mövsümün sonunda vəzifəsindən ayrılacağını açıqlamışdı.

Bildirilib ki, Edin Terziçlə imzalanan müqavilə 2028-ci ilin yayına qədər qüvvədə olacaq. O, Yupp Heynkesdən sonra klub tarixində ikinci almaniyalı baş məşqçi kimi yadda qalacaq.

Xatırladaq ki, Terziç iki dəfə – 2020-2021 və 2022-2024-cü illərdə Dortmund təmsilçisini çalışdırıb. Onun rəhbərliyi altında komanda 2021-ci ildə Almaniya Kubokunu qazanıb, həmçinin 2024-cü ildə UEFA Çempionlar Liqasının finalına yüksəlib.







İspaniya L.L.

Sebalyos "Real Madrid"dən ayrılır
  • İspaniya L.L.
  • 23:09 17.06.2026
Sebalyos "Real Madrid"dən ayrılır
Rafa Mirə 8,5 il həbs cəzası verildi
  • İspaniya L.L.
  • 20:36 15.06.2026
Rafa Mirə 8,5 il həbs cəzası verildi
Xedira "Real Madrid"ə qayıdır
  • İspaniya L.L.
  • 12:22 15.06.2026
Xedira "Real Madrid"ə qayıdır