20 iyun 2026. Şənbə

Vinisius "Espanyol"un oyunçusu ilə mübahisə edib


Vinisius "Espanyol"un oyunçusu ilə mübahisə edib

Madrid “Real”ının hücumçusu Vinisius Junior İspaniya çempionatında “Espanyol”la oyundan 2 gün sonra diqqət mərkəzinə düşüb.

90deqiqe.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, matç zamanı onun mərakeşli müdafiəçi Omar El Hilali ilə dialoqları barədə kadrlar və əlavə detallar yayılıb.

Məlumata görə, münaqişə El Hilalinin aqressiv oyun tərzindən sonra başlayıb. Standart vəziyyətlər zamanı futbolçular arasında davamlı mübahisələr və sərt mübarizələr yaşanıb. Bildirilir ki, Vinisius rəqibinə “axmaq” deyib və oyundan sonra onunla forma dəyişməkdən imtina edib.

Gərginlik ikinci hissədə daha da artıb. El Hilali Vinisiusa qarşı kobudluğa görə birbaşa qırmızı vərəqə alıb, lakin VAR epizoddan sonra qərar dəyişdirilib və yalnız sarı vərəqə göstərilib. Bu isə Madrid klubunun futbolçularının narazılığına səbəb olub.

Mübahisə zamanı Vinisius rəqib komandanın turnir cədvəlindəki vəziyyətinə işarə edərək “Siz Segundaya qayıdacaqsınız” deyib. El Hilali isə buna cavab olaraq bir neçə kobud ifadələr işlədib.

Bütün gərginliyə baxmayaraq, Vinisius oyunda fərqlənərək qollar vurub və komandasının 2:0 hesablı qələbəsində əsas rol oynayıb.







İspaniya L.L.

Sebalyos "Real Madrid"dən ayrılır
  • İspaniya L.L.
  • 23:09 17.06.2026
Sebalyos "Real Madrid"dən ayrılır
Rafa Mirə 8,5 il həbs cəzası verildi
  • İspaniya L.L.
  • 20:36 15.06.2026
Rafa Mirə 8,5 il həbs cəzası verildi
Xedira "Real Madrid"ə qayıdır
  • İspaniya L.L.
  • 12:22 15.06.2026
Xedira "Real Madrid"ə qayıdır