21 iyun 2026. Bazar günü

Kunde qarşılaşdığı ən çətin rəqiblərin adlarını açıqladı


Kunde qarşılaşdığı ən çətin rəqiblərin adlarını açıqladı

“Barselona”nın müdafiəçisi Jül Kunde qarşılaşdığı ən çətin rəqiblər barədə danışıb.

90deqiqe.Az xəbər verir ki, fransalı futbolçu bildirib ki, onun üçün ən çətin hücumçulardan biri "Real Madrid"in futbolçusu Vinisius Junior olub:

“Mənə qarşı oynamaq ən çətin olan hücumçu Vinisius Juniordur. Həmçinin Rafael Leao ilə də çox çətin anlar yaşamışam. Hətta Lamin Yamal belə məşqlərdə mənə ciddi çətinlik yaradır”.

Qeyd edək ki, Kounde 2022-ci ildə “Sevilya”dan “Barselona”ya 50 milyon avro qarşılığında transfer olunub. Onun katalon klubu ilə müqaviləsi 2030-cu ilin 30 iyununa qədər nəzərdə tutulub.

Cari mövsümdə müdafiəçi “Barselona”nın heyətində 45 oyunda meydana çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı onun dəyərini 65 milyon avro olaraq göstərir.







İspaniya L.L.

Sebalyos "Real Madrid"dən ayrılır
  • İspaniya L.L.
  • 23:09 17.06.2026
Sebalyos "Real Madrid"dən ayrılır
Rafa Mirə 8,5 il həbs cəzası verildi
  • İspaniya L.L.
  • 20:36 15.06.2026
Rafa Mirə 8,5 il həbs cəzası verildi
Xedira "Real Madrid"ə qayıdır
  • İspaniya L.L.
  • 12:22 15.06.2026
Xedira "Real Madrid"ə qayıdır