21 iyun 2026. Bazar günü

Peres Mourinyo ilə danışıqlar aparıb - “Real”a qayıdış müzakirə olunur


Peres Mourinyo ilə danışıqlar aparıb  - “Real”a qayıdış müzakirə olunur

“Real Madrid” prezidenti Florentino Perez baş məşqçi Joze Mourinyo ilə artıq danışıqlar aparıb.

90deqiqe.Az-ın “Mundo Deportivo"ya istinadən məlumatına görə, Peres və Mourinyo arasında videokonfrans formatında görüş keçirilib. Məşqçinin agenti Jorge Mendes görüşdə iştirak etsə də, müzakirələrə müdaxilə etməyib.

Məlumata görə, Mourinyo “Real Madrid”ə qayıdış ehtimalını istisna etməyib, lakin yekun qərar verməyib. “Xüsusi” ləqəbli mütəxəssis bir sıra şərtlər irəli sürüb.

Həmin şərtlərin dəqiq məzmunu açıqlanmasa da, onların maliyyə məsələləri ilə bağlı olmadığı bildirilir. Söhbət əsasən komandanın idman, tibbi, təşkilati və intizamla bağlı iş prinsiplərindən gedir.

Qeyd olunur ki, Florentino Peres gələn həftə Mourinyoya cavab verməlidir.







İspaniya L.L.

Sebalyos "Real Madrid"dən ayrılır
  • İspaniya L.L.
  • 23:09 17.06.2026
Sebalyos "Real Madrid"dən ayrılır
Rafa Mirə 8,5 il həbs cəzası verildi
  • İspaniya L.L.
  • 20:36 15.06.2026
Rafa Mirə 8,5 il həbs cəzası verildi
Xedira "Real Madrid"ə qayıdır
  • İspaniya L.L.
  • 12:22 15.06.2026
Xedira "Real Madrid"ə qayıdır