6 may 2026. Çərşənbə

“Barselona” heyətdə islahat üçün 100 milyon avro gəlir hədəfləyir


“Barselona” heyətdə islahat üçün 100 milyon avro gəlir hədəfləyir

“Barselona” heyətdə geniş islahatlara hazırlaşır.

90deqiqe.Az-ın “ESPN"ə istinadən məlumatına görə, Kataloniya təmsilçisinin baş məşqçi Hans-Diter Flikin istəklərini yerinə yetirmək və problemli mövqeləri gücləndirmək üçün əvvəlcə futbolçu satışlarından gəlir əldə etməyi planlaşdırır.

"Blaugrana" müdafiə xəttinə mərkəz müdafiəçisi, hücum xəttinə bir və ya bir neçə futbolçu, həmçinin cinah oyunçusu transfer etməyi hədəfləyir. Klub bu planları reallaşdırmaq üçün təxminən 100 milyon avro gəlir əldə etməyi qarşısına məqsəd qoyub.

Satış siyahısında Ferran Torres və Jül Kunde yer alır.

Braziliyalı hücumçu Rafinya ilə bağlı vəziyyət isə daha mürəkkəbdir. O, komandanın əsas simalarından biri hesab olunur və Flikin də xoşuna gəlir. Buna baxmayaraq, mənbələr bildirir ki, böyük təklif gələcəyi və futbolçunun özü razı olacağı təqdirdə onun da yayda satışa çıxarılması istisna edilmir.







İspaniya L.L.

“Real”ın müdafiəçisi zədələndi
  • İspaniya L.L.
  • 21:22 04.05.2026
“Real”ın müdafiəçisi zədələndi