21 iyun 2026. Bazar günü

“Real”da gərginlik artır - futbolçular arasında insident, məşqçi ilə münasibətlər kəskinləşib


“Real”da gərginlik artır  - futbolçular arasında insident, məşqçi ilə münasibətlər kəskinləşib

“Real” klubunda daxili vəziyyət gərginləşib.

 90deqiqe.Az xəbər verir ki, komanda daxilində baş verən bir neçə münaqişə ilə bağlı məlumatlar yayılıb.

Belə ki, çərşənbə günü keçirilən məşq zamanı Aurelien Tçuameni ilə Federiko Valverde arasında ciddi insident yaşanıb və tərəflər arasında qarşıdurma baş vermək həddinə çatıb.

“Real” hazırda mövsümün ən çətin mərhələlərindən birini yaşayır. Komanda daxilində parçalanma artıq açıq şəkildə hiss olunur – bəzi futbolçu qruplarının bir-biri ilə ünsiyyət qurmadığı bildirilir.

Eyni zamanda, baş məşqçi Alvaro Arbeloa ilə münasibətlərin də gərgin olduğu qeyd edilir. İddialara görə, artıq bir neçə futbolçu onunla ünsiyyətdən imtina edib.

Qeyd edək ki, Madrid təmsilçisi mayın 10-da səfərdə “Barselona” ilə qarşılaşacaq.







İspaniya L.L.

Sebalyos "Real Madrid"dən ayrılır
  • İspaniya L.L.
  • 23:09 17.06.2026
Sebalyos "Real Madrid"dən ayrılır
Rafa Mirə 8,5 il həbs cəzası verildi
  • İspaniya L.L.
  • 20:36 15.06.2026
Rafa Mirə 8,5 il həbs cəzası verildi
Xedira "Real Madrid"ə qayıdır
  • İspaniya L.L.
  • 12:22 15.06.2026
Xedira "Real Madrid"ə qayıdır