21 iyun 2026. Bazar günü

Alvares “Arsenal”la matçdan sonra yeni zədə almayıb


Alvares “Arsenal”la matçdan sonra yeni zədə almayıb

Madrid “Atletiko”sunun hücumçusu Xulian Alvares tibbi müayinədən keçib.

 90deqiqe.Az xəbər verir ki, müayinələrin nəticəsinə əsasən, futbolçunun yeni zədə almadığı və əvvəlki zədəsinin ağırlaşmadığı müəyyən olunub. Hücumçu Avropanın ən nüfuzlu klub yarışının yarımfinal mərhələsində “Arsenal”a qarşı keçirilən cavab oyununda (0:1) topuğuna dəyən zərbədən sonra əvəzlənməsini istəyib.

Bildirilir ki, həmin nahiyə bir həftə ərzində ağrılı olub.

Hazırda futbolçunun vəziyyətinin yaxşı olduğu və bərpa prosesini davam etdirdiyi bildirilir.

Alvares “Arsenal”la matçın 66-cı dəqiqəsində meydanı tərk edib. Onun əvəzinə hücumçu Alex Baena oyuna daxil olub. Madrid klubu görüşdə 0:1 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.

Qeyd edək ki, Alvaresin “Atletiko” ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. Cari mövsümdə o, bütün yarışlarda 49 oyunda iştirak edib, 20 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.







İspaniya L.L.

Sebalyos "Real Madrid"dən ayrılır
  • İspaniya L.L.
  • 23:09 17.06.2026
Sebalyos "Real Madrid"dən ayrılır
Rafa Mirə 8,5 il həbs cəzası verildi
  • İspaniya L.L.
  • 20:36 15.06.2026
Rafa Mirə 8,5 il həbs cəzası verildi
Xedira "Real Madrid"ə qayıdır
  • İspaniya L.L.
  • 12:22 15.06.2026
Xedira "Real Madrid"ə qayıdır