8 may 2026. Cümə

"Real Madrid" iki oyunçu arasında baş verən davadan sonra açıqlama yayıb


"Real Madrid" iki oyunçu arasında baş verən davadan sonra açıqlama yayıb

İspaniyanın “Real Madrid” klubu yarımmüdafiəçilər Fede­riko Valverde və Orelyen Tçuameni arasında baş verdiyi iddia olunan insidentlə bağlı rəsmi açıqlama yayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Madrid klubu açıqlamasında birbaşa münaqişəyə toxunulmasa da, cümə axşamı səhər saatlarında baş verən hadisələrdən sonra hər iki futbolçu ilə bağlı intizam işlərinin açıldığı bildirilib.

“Real Madrid”dən qeyd olunub ki, klub daxili prosedurlar yekunlaşdıqdan sonra hər iki işlə bağlı qəbul edilən qərarlar ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, “Real Madrid” bazar günü, mayın 10-da İspaniya çempionatında “Barselona”nın qonağı olacaq. Madrid təmsilçisi hazırda turnir cədvəlində ikinci pillədə qərarlaşıb.







İspaniya L.L.