16 iyun 2026. Çərşənbə axşamı

“Real Madrid” Valverde və Tçuameni ilə bağlı qərar verdi


“Real Madrid” Valverde və Tçuameni ilə bağlı qərar verdi

“Real Madrid” klubu yarımmüdafiəçilər Federiko Valverde və Oreliya Tçuameni arasında baş verdiyi iddia olunan insidentlə bağlı yeni açıqlama yayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, cümə günü keçirilən araşdırma zamanı hər iki futbolçu baş verən hadisəyə görə peşman olduqlarını etiraf edib, bir-birlərindən üzr istəyiblər. Onlar həmçinin klubdan, komanda yoldaşlarından, məşqçilər heyətindən və azarkeşlərdən də üzr istəyərək istənilən cəzanı qəbul etməyə hazır olduqlarını vurğulayıblar.

“Real Madrid” rəhbərliyi hər iki futbolçuya 500 min avro məbləğində cərimə tətbiq edib.

Xatırladaq ki, bir gün əvvəl mətbuatda futbolçular arasında dava olduğu barədə məlumatlar yayılmışdı.

Qeyd edək ki, “Real Madrid” mayın 10-da səfərdə "Barselona" ilə qarşılaşacaq.







İspaniya L.L.

Rafa Mirə 8,5 il həbs cəzası verildi
  • İspaniya L.L.
  • 20:36 15.06.2026
Rafa Mirə 8,5 il həbs cəzası verildi
Xedira "Real Madrid"ə qayıdır
  • İspaniya L.L.
  • 12:22 15.06.2026
Xedira "Real Madrid"ə qayıdır
Salqado Yamalı Messi ilə müqayisə etdi
  • İspaniya L.L.
  • 22:27 13.06.2026
Salqado Yamalı Messi ilə müqayisə etdi