- İspaniya L.L.
- 21:28 08.05.2026
“Real”ın yarımmüdafiəçisi Orelyen Tçuameni komanda yoldaşı Federiko Vəlverde ilə yaşadığı münaqişə barədə yayılan xəbərlər fonunda açıqlama verib.
90deqiqe.Az-ın məlumatına görə, fransalı futbolçu bu barədə sosial şəbəkə hesabında yazıb.
“Bu həftə məşq zamanı baş verən hadisə qəbuledilməzdir. Bunu həm futbolda, həm də məktəbdə gənclərə nümunə olmalı olduğumuzu düşünərək deyirəm. Kimin haqlı, kimin haqsız olmasından asılı olmayaraq, münaqişələr hər zaman mümkün qədər sakit şəkildə həll edilməlidir.
İlk növbədə, klubu necə bir vəziyyətdə göstərdiyimizə görə təəssüf hissi keçirirəm. Bilirəm ki, azarkeşlər, klub əməkdaşları, komanda yoldaşları və rəhbərlik bu mövsümün gedişatından ciddi şəkildə məyusdur. Ancaq məyusluq heç nəyi əsaslandıra bilməz. Belə hadisələr istənilən soyunub-geyinmə otağında yaşansa belə, Madrid “Real”ına yaraşmır. Xüsusilə də nəzərə alsaq ki, bu, dünyanın ən çox müzakirə olunan klubudur.
İnternetdə diqqət çəkmək üçün ağlasığmaz hekayələr uydururlar. Buna görə də deyilən hər sözə və yayılan saxta versiyalara inanmaq lazım deyil.
Hazırda kimin nə etdiyi və ya nə dediyi barədə mübahisə aparmağın zamanı deyil. Klubun qərarını qəbul edir və tətbiq olunan sanksiyalara hörmətlə yanaşıram. Fikir ayrılıqlarına baxmayaraq, biz ailə olaraq qalırıq və komandanın məqsədlərini hər şeydən üstün tutmalıyıq.
Mən artıq komandadan üzr istəmişəm və bütün madridistalardan da üzr istəyirəm.
İndi irəli baxmaq vaxtıdır. Bütün diqqətimiz “El-Klasiko”ya və mövsümün qalan hissəsinə yönəlib ki, klubu layiq olduğu zirvəyə qaytaraq”
Daha əvvəl klubun hər iki futbolçunu 500 min avro məbləğində cərimələdiyi bildirilmişdi.