9 may 2026. Şənbə

“Sevilya”dan çətin qələbə


“Sevilya”dan çətin qələbə

İspaniya La Liqasının 35-ci turu çərçivəsində keçirilən “Sevilya” – “Espanyol” qarşılaşması başa çatıb.

90deqiqe.Az xəbər verir ki, görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

46-cı dəqiqədə Aleksis Sançes rəqib qapısına yol tapsa da, hakim qolu qeydə almayıb.

Bundan sonra hesabı “Espanyol” açıb. Tayris Dolan Roberto Fernandesin ötürməsindən sonra fərqlənib.

“Sevilya” oyunda dönüş yaratmağa çalışıb və 82-ci dəqiqədə Andres Kastrin hesabı bərabərləşdirib.

Daha sonra, əsas vaxta əlavə olunmuş ilk dəqiqədə Akor Adams ev sahiblərinə qələbə qazandıran qola imza atıb.

Bu nəticədən sonra “Espanyol” 39 xalla turnir cədvəlinin 15-ci pilləsinə enib və La Liqada qələbəsiz seriyasını 18 oyuna çatdırıb. “Sevilya” isə 40 xalla 12-ci yerə yüksəlib.







İspaniya L.L.

 “Atletiko" evdə məğlub oldu
  • İspaniya L.L.
  • 22:36 09.05.2026
“Atletiko" evdə məğlub oldu
“Sevilya”dan çətin qələbə
  • İspaniya L.L.
  • 22:09 09.05.2026
“Sevilya”dan çətin qələbə
“Bu, “Real”a yaraşmır”
  • İspaniya L.L.
  • 21:28 08.05.2026
“Bu, “Real”a yaraşmır”