9 iyun 2026. Çərşənbə axşamı

“Atletiko" evdə məğlub oldu


 “Atletiko" evdə məğlub oldu

İspaniya La Liqasının 35-ci turu çərçivəsində Madrid “Atletiko”su və “Selta” komandaları arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az xəbər verir ki, görüş İspaniyanın Sevilya şəhərində yerləşən “Ramon Sançes Pişxuan” stadionunda keçirilib və qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçı İosu Apestegiya idarə edib.

Oyunda yeganə qolu 62-ci dəqiqədə “Selta”nın hücumçusu Borxa İqlesias vurub.

Bu nəticədən sonra Madrid “Atletiko”su 63 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Selta” isə 50 xalla 6-cı yerdədir.

Növbəti turda “Selta” 12 mayda öz meydanında “Levante”ni qəbul edəcək, “Atletiko” isə həmin gün səfərdə “Osasuna” ilə qarşılaşacaq.







İspaniya L.L.

Peres yenidən "Real"a prezident seçildi
  • İspaniya L.L.
  • 00:28 08.06.2026
Peres yenidən "Real"a prezident seçildi