10 may 2026. Bazar günü

“Real”da kapitan qalmaqalı - futbolçular qaydaların dəyişməsini istəyirlər


“Real”da kapitan qalmaqalı  -  futbolçular qaydaların dəyişməsini istəyirlər

“Real”ın bir neçə futbolçusu komandada kapitan təyinatı prinsiplərinin dəyişdirilməsini istəyir.

90deqiqe.Az-ın “AS"a istinadən məlumatına görə, hazırda klubda kapitan sarğısı komandada ən uzun müddət çıxış edən futbolçuya verilir. Lakin bütün oyunçular bu yanaşma ilə razı deyil.

Məlumata görə, “Real”da kapitan seçimi üçün tətbiq olunan yaşlılıq prinsipinin ləğv edilməsi təklif olunub. Bir sıra futbolçular “Barselona” modelinin tətbiqini istəyirlər. Həmin sistemdə həm komandadakı təcrübə, həm də soyunub-geyinmə otağında keçirilən səsvermə nəzərə alınır.

Bildirilir ki, bu məsələ ətrafında yaranan gərginlik yarımmüdafiəçilər Orelyen Tçuameni ilə Federiko Valverde arasında baş verən insident zamanı da özünü göstərib.

İddialara əsasən, komandanın kapitanı Dani Karvaxal münaqişədən sonra stadionu ilk tərk edənlərdən biri olub. Lakin daha sonra klub rəhbərliyinin zəngindən sonra təcili toplantıda iştirak etmək üçün geri qayıdıb.

Vitse-kapitanlar Federiko Valverde və Vinisius Juniorun da hadisə zamanı lazımi təmkin nümayiş etdirmədiyi vurğulanıb.







İspaniya L.L.

 “Atletiko" evdə məğlub oldu
  • İspaniya L.L.
  • 22:36 09.05.2026
“Atletiko" evdə məğlub oldu
“Sevilya”dan çətin qələbə
  • İspaniya L.L.
  • 22:09 09.05.2026
“Sevilya”dan çətin qələbə
“Bu, “Real”a yaraşmır”
  • İspaniya L.L.
  • 21:28 08.05.2026
“Bu, “Real”a yaraşmır”