10 may 2026. Bazar günü

“Real”da yeni baş məşqçi üçün əsas vəzifə müəyyənləşdi


“Real”da yeni baş məşqçi üçün əsas vəzifə müəyyənləşdi

“Real”ın rəhbərliyi yeni baş məşqçiyə əsas vəzifə kimi komandada mövsüm ərzində itirilmiş sabitliyin, nizam-intizamın və qarşılıqlı hörmətin bərpasını qoymağı planlaşdırır.

90deqiqe.Az-ın “AS"a istinadən məlumatına görə, bu tələb “kral klubu”nu yeni mövsümdə çalışdıracaq istənilən mütəxəssis üçün prioritet olacaq. Bildirilir ki, hazırda bu vəzifəyə ən yaxın namizəd “Benfika”nı çalışdıran Joze Mourinyodur. Portuqaliyalı mütəxəssisin bu çağırışı qəbul etməyə və vəziyyəti dəyişməyə hazır olduğu qeyd olunur.

Rəhbərliyin ikinci əsas hədəfi komandanın heyətinin gücləndirilməsidir. Lakin klub daxilində hesab edilir ki, futbolçular arasındakı fikir ayrılıqları və soyunub-geyinmə otağından məlumat sızmaları yeni transferlərdən daha ciddi problem hesab olunur və ilk növbədə həll edilməlidir.







İspaniya L.L.

 “Atletiko" evdə məğlub oldu
  • İspaniya L.L.
  • 22:36 09.05.2026
“Atletiko" evdə məğlub oldu
“Sevilya”dan çətin qələbə
  • İspaniya L.L.
  • 22:09 09.05.2026
“Sevilya”dan çətin qələbə
“Bu, “Real”a yaraşmır”
  • İspaniya L.L.
  • 21:28 08.05.2026
“Bu, “Real”a yaraşmır”