25 iyun 2026. Cümə axşamı

“Vilyarreal”dan xal itkisi


 “Vilyarreal”dan xal itkisi

İspaniya La Liqasının 35-ci turunda “Malyorka” öz meydanında “Vilyarreal”ı qəbul edib.

90deqiqe.Az xəbər verir ki, qarşılaşmada hesabı qonaq komanda açıb. “Vilyarreal” 31-ci dəqiqədə Ayose Peresin qolu ilə önə keçib.

Lakin ada təmsilçisi fasiləyədək tarazlığı bərpa etməyi bacarıb. Vedat Muriqinin dəqiq zərbəsi hesabı bərabərləşdirib.

Oyunun ikinci hissəsində tərəflər fərqlənə bilməyiblər və matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Bu nəticədən sonra “Malyorka” xallarının sayını 39-a çatdıraraq turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. “Vilyarreal” isə 69 xalla üçüncü sırada yer alır.

Xatırladaq ki, komandalar arasında ilk dövrədə keçirilən qarşılaşmada “Vilyarreal” doğma meydanda 2:1 hesablı qələbə qazanmışdı.







İspaniya L.L.

"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"
Sebalyos "Real Madrid"dən ayrılır
  • İspaniya L.L.
  • 23:09 17.06.2026
Sebalyos "Real Madrid"dən ayrılır