25 iyun 2026. Cümə axşamı

“Valensiya” səfərdə “Atletik"ə qalib gəldi


“Valensiya” səfərdə “Atletik"ə qalib gəldi

İspaniya La Liqasının 35-ci turunda “Atletik Bilbao” öz meydanında “Valensiya”nı qəbul edib.

90deqiqe.Az xəbər verir ki, qarşılaşma qonaq komandanın minimal hesablı qələbəsi ilə başa çatıb.

“Yarasalılar” oyunda hesabı daha erkən aça bilərdilər. Matçın 27-ci dəqiqəsində Uqo Duro penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Görüşün taleyini həll edən yeganə qol isə 72-ci dəqiqədə vurulub. “Valensiya”nın heyətində Umar Sadik fərqlənib. Məhsuldar ötürmənin müəllifi Luis Rioxa olub.

Bu nəticədən sonra “Valensiya” xallarının sayını 39-a çatdıraraq turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. “Atletik” Bilbao isə 44 xalla doqquzuncu sırada yer alır.

Xatırladaq ki, komandalar arasında ilk dövrədə keçirilən oyunda da “Valensiya” qələbə qazanmışdı. Həmin qarşılaşmada “yarasalılar” doğma meydanda 2:0 hesabı ilə üstün olmuşdular.







İspaniya L.L.

"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"
Sebalyos "Real Madrid"dən ayrılır
  • İspaniya L.L.
  • 23:09 17.06.2026
Sebalyos "Real Madrid"dən ayrılır