16 iyun 2026. Çərşənbə axşamı

“Barselona” “Real”ı məğlub edərək vaxtından əvvəl çempion oldu


“Barselona” “Real”ı məğlub edərək vaxtından əvvəl çempion oldu

İspaniya La Liqasının 35-ci turunda “Barselona” ilə Madrid “Real”ı üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, “Kamp Nou” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda hesabı 9-cu dəqiqədə “Barselona”nın hücumçusu Markus Reşford açıb. Kataloniya təmsilçisinin ikinci qolunu isə 18-ci dəqiqədə Ferran Torres vuraraq yekun nəticəni müəyyənləşdirib.

Bu qələbədən sonra “Barselona” vaxtından əvvəl İspaniya çempionu olub. Hans-Diter Flikin rəhbərlik etdiyi komanda 91 xalla turnir cədvəlinə başçılıq edir.

77 xala malik Madrid “Real”ı isə ikinci pillədə qərarlaşıb. Mövsümün başa çatmasına üç tur qalıb.

Qeyd edək ki, “Barselona” tarixində 29-cu dəfə İspaniya çempionu adını qazanıb.

Növbəti turda “Barselona” mayın 13-də səfərdə “Alaves”lə qarşılaşacaq. Madrid təmsilçisi isə bir gün sonra öz meydanında “Oviedo”nu qəbul edəcək.







İspaniya L.L.

Rafa Mirə 8,5 il həbs cəzası verildi
  • İspaniya L.L.
  • 20:36 15.06.2026
Rafa Mirə 8,5 il həbs cəzası verildi
Xedira "Real Madrid"ə qayıdır
  • İspaniya L.L.
  • 12:22 15.06.2026
Xedira "Real Madrid"ə qayıdır
Salqado Yamalı Messi ilə müqayisə etdi
  • İspaniya L.L.
  • 22:27 13.06.2026
Salqado Yamalı Messi ilə müqayisə etdi