- İspaniya L.L.
- 15:52 11.05.2026
“Barselona”nın hücumçusu Markus Reşford komandanın gələcək perspektivləri barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, ingilis futbolçusu bildirib ki, komanda yaxın illərdə də uğurlarını davam etdirəcək:
“Bizim fantastik komandamız var. “Barselona” qarşıdakı illərdə də çoxlu titul qazanacaq. Buna görə də burada qalmaq mənim üçün əla olardı”, – deyə Reşford vurğulayıb.
Xatırladaq ki, “Barselona” İspaniya çempionatında Madrid “Real”ını məğlub edərək vaxtından əvvəl çempionluğunu rəsmiləşdirib.
Qeyd edək ki, Markus Reşford cari mövsümü “Barselona”da icarə əsasında keçirir. Onun müqavilə hüquqları “Mançester Yunayted” klubuna məxsusdur.
28 yaşlı cinah oyunçusu Kataloniya klubunun heyətində keçirdiyi 47 matçda 14 qol vurub, 14 məhsuldar ötürmə ilə yadda qalıb.