16 iyun 2026. Çərşənbə axşamı

“Barselona”nın qapıçısı öz rekordundan danışdı


“Barselona”nın qapıçısı öz rekordundan danışdı

“Barselona”nın qapıçısı Voyçex Şesni La Liqada çempionluq titulunun qazanılmasına münasibət bildirib.

90deqiqe.Az-ın məlumatına görə, polşalı qolkiper bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Düşünürəm ki, artıq karyeranı bitirdikdən sonra ən çox kubok qazanan futbolçu kimi dünya rekorduna yaxınam. Bundan çox məmnunam”

Xatırladaq ki, “Barselona” ötən gün Madrid “Real”ını 2:0 hesabı ilə məğlub edərək vaxtından əvvəl İspaniya çempionluğunu rəsmiləşdirib.

Qeyd edək ki, 36 yaşlı qolkiper 2024-cü ilin yayında karyerasını başa vurduğunu açıqlasa da, daha sonra “Barselona”ya qoşulub. O, yaxın zamanda əsas heyətdə yer iddiasında olmadığını da etiraf edib.

Cari mövsümdə Şesni Kataloniya klubunun heyətində 10 oyunda meydana çıxıb və 17 qol buraxıb.







İspaniya L.L.

Rafa Mirə 8,5 il həbs cəzası verildi
  • İspaniya L.L.
  • 20:36 15.06.2026
Rafa Mirə 8,5 il həbs cəzası verildi
Xedira "Real Madrid"ə qayıdır
  • İspaniya L.L.
  • 12:22 15.06.2026
Xedira "Real Madrid"ə qayıdır
Salqado Yamalı Messi ilə müqayisə etdi
  • İspaniya L.L.
  • 22:27 13.06.2026
Salqado Yamalı Messi ilə müqayisə etdi