- İspaniya L.L.
- 21:34 11.05.2026
“Real” müdafiəçisi Ferlan Mendinin əməliyyat olunduğunu açıqlayıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı futbolçu bud nahiyəsində yerləşən düz əzələ zədəsi səbəbindən cərrahi müdaxilə keçirib.
Klub futbolçunun yaşıl meydanlara dönüş vaxtını açıqlamayıb.
Məlumatda yalnız qeyd olunub ki, Mendinin bərpa prosesi yaxın günlərdə başlayacaq.
Xarici mətbuatın yaydığı xəbərlərə görə, müdafiəçinin təxminən dörd-beş aydan sonra meydana qayıtması gözlənilir.
Qeyd edək ki, son illərdə zədələr Ferlan Mendini tez-tez narahat edir. O, cari mövsümdə “Real”ın heyətində cəmi doqquz oyunda iştirak edib.
Xatırladaq ki, Madrid klubu ötən gün səfərdə “Barselona”ya 0:2 hesabı ilə məğlub olub.