- İspaniya L.L.
- 21:34 11.05.2026
"Atletiko Madrid" klubunun baş məşqçisi Dieqo Simeone baş tutan “el-klasiko” qarşılaşması barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırıcı bu barədə jurnalistlərə açıqlamasında deyib.
“Barselona" hazırda oyun baxımından dünyanın ən güclü komandasıdır. Onlar ötən mövsümdə olduğu kimi, bu mövsüm də baxımlı futbol nümayiş etdirərək çempion oldular. Matçı izləyərkən düşündüyüm yeganə şey bu idi: “İlahi, biz bu komandanı iki dəfə mübarizədən kənarlaşdırmışıq!”
Qeyd edək ki, 2026-cı ildə "Atletiko Madrid" İspaniya Kral Kubokunun yarımfinalında və UEFA Çempionlar Liqasının dörddəbir finalında "Barselona"nı mübarizədən kənarlaşdırıb.
Əlavə edək ki, qarşılaşmada "Barselona" "Real Madrid" üzərində 2:0 hesablı qələbə qazanaraq İspaniya çempionu tituluna sahib çıxıb.
Hazırda "Atletiko Madrid" İspaniya La Liqasında turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.