11 may 2026. Bazar ertəsi

Joze Mourinyonun “Real”dan iki tələbi var


Joze Mourinyonun “Real”dan iki tələbi var

“Benfika”nın baş məşqçisi Joze Mourinyonun yenidən “Real”ın baş məşqçisi postuna qayıda biləcəyi ilə bağlı xəbərlər yayılmaqda davam edir.

90deqiqe.Az-ın "AS" nəşrinə istinadən məlumatına görə, portuqaliyalı mütəxəssis artıq Madrid klubundakı vəziyyəti təhlil edib və rəhbərlik qarşısında iki əsas tələb irəli sürüb.

Təcrübəli mütəxəssis ilk növbədə transfer siyasətinə təsir imkanına sahib olmaq istəyir. O, xüsusilə futbolçuların adlarından daha çox, gücləndirilməli mövqelərlə bağlı fikrinin nəzərə alınmasını vacib hesab edir. Mourinyonun fikrincə, “Real”ın hazırkı heyətində bəzi mövqelərdə balans pozulub.

İkinci tələb isə klub daxilində səlahiyyət bölgüsünün dəqiq müəyyənləşdirilməsi ilə bağlıdır. Təcrübəli çalışdırıcı hər kəsin yalnız öz işinə cavabdeh olmasını və heç kimin məşqçilər heyətinin fəaliyyətinə müdaxilə etməməsini istəyir.

Mənbənin məlumatına görə, danışıqlar “Benfika”nın mövsümü başa vurmasından sonra sürətlənəcək.

Hazırda Mourinyo bütün diqqətini “qartallar”ı Çempionlar Liqasına çıxarmağa yönəldib. Bunun üçün komanda son turdan sonra ikinci pilləni qoruyub saxlamalıdır.







İspaniya L.L.