- İspaniya L.L.
- 22:39 11.05.2026
“Real Madrid”in hücumçusu Kilian Mbappe mövsümün qalan ev oyunlarında iştirak etməyi planlaşdırmır.
90deqiqe.Az-ın “The Athletic"ə istinadən məlumatına görə, futbolçu azarkeşlərin onu dəfələrlə fitə basması ilə müşayiət olunan mənfi reaksiyalardan sonra “Santyaqo Bernabeu” stadionunda keçiriləcək ev oyunlarında meydana çıxmaqdan imtina edə bilər.
Fransalı hücumçu La Liqanın 35-ci turunda “Barselona”ya qarşı oyunu da (0:2) buraxıb. Əvvəlcə onun 24 apreldən bəri zədə səbəbindən oynamadığı bildirilsə də, matçdan bir gün əvvəl məşqin sonlarında narahatlıq hiss etdiyi qeyd olunurdu. Digər məlumata görə isə Mbappe start heyətində olmayacağını öyrəndikdən sonra məşqi yarımçıq tərk edib.
Hazırda klub hücumçunun zədədən sonra dəqiq nə vaxt bərpa olunacağı barədə məlumat vermir.
Mövsümün son mərhələsində “Real Madrid”in qarşıda bu oyunları var:
– 14 may: “Ovyedo” ilə (evdə)
– 17 may: “Sevilya” ilə (səfərdə)
– 23 may: “Atletik Bilbao” ilə (evdə)