12 may 2026. Çərşənbə axşamı

Kanyisares “Real Madrid”in kapitanlarını sərt tənqid etdi


Kanyisares “Real Madrid”in kapitanlarını sərt tənqid etdi

“Real Madrid”in keçmiş qapıçısı Santyaqo Kanyisares klubun kapitanlıq məsələləri ilə bağlı sərt fikirlər səsləndirib.

90deqiqe.Az xəbər verir ki, o, komandanın soyunub-geyinmə otağında ciddi problemlərin yaşandığını bildirib və kapitanların bu situasiyada kifayət qədər təsirli olmadığını qeyd edib:

“Burada nəsə düzgün getməyib. Soyunub-geyinmə otağının içində, kapitanlarla bağlı problemlər var. Kapitanlar öz vəzifələrinin öhdəsindən gələ bilməyiblər”.

Dani Karvaxal barədə danışan keçmiş qolkiper onun oyun praktikasının azalmasının liderlik təsirinə də mənfi təsir etdiyini deyib:

“Karvaxal oynamadığı üçün soyunub-geyinmə otağındakı təsir gücünü də itirib. O, artıq əvvəlki kimi komandaya rəhbərlik edə bilmir”.

Federiko Valverde də Kanyisaresin tənqidindən kənarda qalmayıb. O, uruqvaylı yarımmüdafiəçinin kapitan kimi davranışını yetərli saymayıb:

“Valverde kapitan rolunu icra etmir. Son anda münaqişə yaratdı və özünü kapitan kimi aparmadı. Məncə, onun satılması lazımdır”.

Keçmiş futbolçu Vinisius Junior barədə də kəskin fikirlər səsləndirib. Onun “Barselona” ilə matçdakı davranışını tənqid edərək kapitanlıq üçün uyğun olmadığını bildirib:

“Barselona" ilə oyunda o, komandanın 15 dəfə Çempionlar Liqasını qazandığını göstərmək əvəzinə, başqa davranış sərgilədi. Kapitandan tamamilə fərqli xüsusiyyətlər gözlənilir. O, öz eqosunu komandanın önünə qoymamalıdır”.

Kanyisares hazırda komandanın ən sabit və peşəkar futbolçusunun Tibo Kurtua olduğunu vurğulayaraq onun liderliyə daha uyğun olduğunu bildirib:

“Hazırda ən fokuslanmış və ən peşəkar futbolçu Kurtuadır. Məncə, o, kapitanlıqda ön sırada olmalıdır”.

Qeyd edək ki, "Real Madrid" “Barselona”ya 0:2 hesabı ilə məğlub olaraq cari mövsümdə çempionluq şansını itirib.







İspaniya L.L.