13 may 2026. Çərşənbə

Federiko Valverde İngiltərə nəhənginin hədəfindədir


Federiko Valverde İngiltərə nəhənginin hədəfindədir

"Real Madrid" klubunun yarımmüdafiəçisi Federiko Valverde karyerasını İngiltərədə davam etdirə bilər.

90deqiqe.Az-ın "Daily Star"a istinadən məlumatına görə, uruqvaylı futbolçunun transferində "Mançester Yunayted" maraqlıdır. “Qırmızı şeytanlar” Valverdenin keçidi üçün təşəbbüs göstərməyə hazırlaşır.

Buna səbəb kimi isə “Real Madrid”də baş verən qalmaqal göstərilir. Belə ki, Federiko Valverde komanda yoldaşı Orelien Tçuameni ilə mübahisə zamanı əlbəyaxa dava edib.

Madrid təmsilçisi yarımmüdafiəçinin gələcəyi ilə bağlı hələ yekun qərar verməyib.

Qeyd edək ki, Federiko Valverde 2016-cı ildə Penyarol klubundan “Real Madrid”ə 5 milyon avro qarşılığında transfer olunub. Onun müqaviləsinin müddəti 2029-cu ilin 30 iyun tarixinədək qüvvədədir.

Cari mövsümdə uruqvaylı futbolçu bütün turnirlər daxil olmaqla Madrid klubunun heyətində 48 oyuna çıxıb, 9 qol vurub və 13 məhsuldar ötürmə edib.







İspaniya L.L.