- İspaniya L.L.
- 22:05 14.05.2026
“Real”ın yarımmüdafiəçisi Federiko Valverdenin gələcəyi Orelien Tçuameni ilə yaşanan insidentdən sonra sual altına düşüb.
90deqiqe.Az-ın "AS"a istinadən məlumatına görə, bir neçə Avropa top klubu uruqvaylı futbolçunun ətrafındakı vəziyyəti yaxından izləməyə başlayıb. Bununla belə, mənbə bildirir ki, futbolçu özü komandadan ayrılmağı düşünmür və baş verən hadisəyə baxmayaraq karyerasını “Real”da davam etdirmək niyyətindədir.
Hazırda yarımmüdafiəçi zədədən sonra bərpa prosesini davam etdirir.
Futbolçuya maraq göstərən klublar arasında “Mançester Yunayted”, PSJ və “Mançester Siti” də var. “Şəhərlilər” ötən yay Madrid klubu ilə əlaqə saxlamış, lakin o zaman transfer real hesab olunmamışdı. İndi isə Mançester təmsilçisi uruqvaylının transferinə yenidən qayıtmağa hazırdır.
Potensial transferin dəyərinin 100–120 milyon avro arasında olduğu bildirilir.
Cari mövsümdə Valverde bütün turnirlərdə 48 oyuna çıxaraq 9 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.