29 iyun 2026. Bazar ertəsi

“Valensiya” evdə xal itirdi


 “Valensiya” evdə xal itirdi

İspaniya çempionatının 36-cı turunda “Valensiya” doğma meydanda “Rayo Valyekano”nu qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb və komandalar xalları bölüşüblər.

Görüşün 7-ci dəqiqəsində qonaqlar penalti zərbəsi qazanıblar, lakin Randi Nteka fürsətdən yararlana bilməyib. Buna baxmayaraq, 24-cü dəqiqədə “Rayo Valyekano” hesabı açıb. Xerar Qumbauyun ötürməsindən sonra Florian Lejen fərqlənib.

Fasiləyə az qalmış Dieqo Lopes tarazlığı bərpa edib. Bu epizodda məhsuldar ötürməni Xavi Qerra verib.

“Rayo Valyekano” 44 xalla turnir cədvəlində 10-cu pilləyə yüksəlib. “Valensiya” isə 43 xalla 11-ci sırada qərarlaşıb.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"