- İspaniya L.L.
- 23:54 16.05.2026
Xosep Qvardiola fəaliyyətini davam etdirəcəyi təqdirdə futbol tarixinin ən çox titul qazanan məşqçisi statusuna yaxınlaşa bilər.
90deqiqe.Az xəbər verir ki, bu gün onun rəhbərlik etdiyi "Mançester Siti" İngiltərə Kubokunun finalında “Çelsi”ni 1:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Bu qələbə ilə Qvardiolanın karyerasında qazandığı titulların sayı 41-ə yüksəlib. O, ən çox titul qazanan məşqçilər siyahısında ikinci pillədə qərarlaşıb. Siyahıya 49 kubokla ser Aleks Ferqyuson başçılıq edir.
Qeyd edək ki, ispan mütəxəssisin "Mançester Siti" ilə mövcud müqaviləsi 2026/2027 mövsümünün sonuna qədər qüvvədədir.