17 may 2026. Bazar günü

Karvaxal mövsümün sonunda “Real Madrid”dən ayrılacaq


Karvaxal mövsümün sonunda “Real Madrid”dən ayrılacaq

"Real Madrid" növbəti mövsüm üçün planlarını formalaşdırır.

90deqiqe.Az-ın “The Athletic”ə istinadən məlumatına görə, klubun müdafiəçisi Dani Karvaxal 2025/2026 mövsümünün sonunda Madrid təmsilçisini tərk edəcək.

34 yaşlı Karvaxal “Real Madrid”in kapitanıdır. Bununla belə, futbolçu cari mövsümdə zədəli olmadığı dövrlərdə belə az oyun şansı qazanıb. O, ümumilikdə 21 matçda iştirak edib və 911 dəqiqə meydanda olub (kompensasiya vaxtı nəzərə alınmadan orta hesabla 43,4 dəqiqə).

Dani Karvaxal karyerasının böyük hissəsini “Real Madrid”də keçirib. O, 2012/2013 mövsümündə qısa müddət “Bayer Leverkuzen”də çıxış etdikdən sonra yenidən Madrid klubuna qayıdıb və həmin vaxtdan bəri yalnız “Real”ın formasını geyinib.

Qeyd edək ki, “Real Madrid” cari mövsümdə “Sevilya” və “Atletik”lə oyunlarını keçirəcək. Madrid klubu turnir cədvəlində ikinci yeri artıq təmin edib və mövqeyini dəyişmək imkanı qalmayıb.







İspaniya L.L.

Qvardiola 41-ci titulunu qazandı
  • İspaniya L.L.
  • 23:33 16.05.2026
Qvardiola 41-ci titulunu qazandı
 “Valensiya” evdə xal itirdi
  • İspaniya L.L.
  • 23:47 14.05.2026
“Valensiya” evdə xal itirdi
Mbappe “Real”ın heyətinə qayıtdı
  • İspaniya L.L.
  • 21:51 14.05.2026
Mbappe “Real”ın heyətinə qayıtdı