18 may 2026. Bazar ertəsi

Kamavinqa “Real”dan ayrılmağa yaxındır


Kamavinqa “Real”dan ayrılmağa yaxındır

“Real” klubunun yarımmüdafiəçisi Eduardo Kamavinqa Fransa millisinin 2026-cı il dünya çempionatının heyətinə daxil edilməməsindən ciddi narazıdır.

90deqiqe.Az-ın “TEAMtalk”a istinadən məlumatına görə, bu qərar 23 yaşlı futbolçunun “Kral klubu”ndan kənarda yeni çağırışlara ehtiyac duyduğu fikrini daha da gücləndirib.

Mənbə bildirir ki, Kamavinqanın ətrafı hazırda transfer bazarını fəal şəkildə araşdırır və müxtəlif klublarla danışıqlar aparır.

Qeyd olunur ki, ötən həftə Mançester təmsilçisi və Liverpul klubu fransalı futbolçunun vəziyyəti ilə bağlı məlumat əldə etməyə çalışıblar. Hər iki komandanın uzun müddətdir onu izlədiyi vurğulanır.

Madrid klubu yarımmüdafiəçini satmağa hazırdır və onun keçidini 57,5 milyon avro dəyərində qiymətləndirir.

Kamavinqa cari mövsümdə bütün yarışlarda 42 oyunda iştirak edib, iki qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun klubla mövcud müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.







İspaniya L.L.

 “Real”dan səfərdə qələbə
  • İspaniya L.L.
  • 23:10 17.05.2026
“Real”dan səfərdə qələbə
 “Atletiko”ya bir qol bəs etdi
  • İspaniya L.L.
  • 23:07 17.05.2026
“Atletiko”ya bir qol bəs etdi
Qvardiola 41-ci titulunu qazandı
  • İspaniya L.L.
  • 23:33 16.05.2026
Qvardiola 41-ci titulunu qazandı