2 iyul 2026. Cümə axşamı

“Real”dan səfərdə qələbə


 “Real”dan səfərdə qələbə

İspaniya La Liqasının 37-ci turunda “Sevilya” öz meydanında “Real” klubunu qəbul edib.

90deqiqe.Az xəbər verir ki, Sevilyadakı “Ramon Sançes Pişxuan” stadionunda keçirilən qarşılaşmanı baş hakim Xose Sançes Martines idarə edib.

Görüş qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qolu “Real”ın cinah hücumçusu Vinisius Junior 15-ci dəqiqədə vurub.

37 turdan sonra Andalusiya təmsilçisi 43 xalla turnir cədvəlində 13-cü pillədə qərarlaşıb. “Kral klubu” isə 83 xalla ikinci yerdədir.

Növbəti turda Madrid klubu mayın 23-də öz meydanında Bilbao “Atletik”i ilə qarşılaşacaq. “Sevilya” isə həmin gün səfərdə “Selta” ilə üz-üzə gələcək.







İspaniya L.L.

"Luka Modriç mənim üçün bütdür"
  • İspaniya L.L.
  • 22:07 30.06.2026
"Luka Modriç mənim üçün bütdür"
"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"