- İspaniya L.L.
- 23:52 17.05.2026
İspaniya Sequndasının 40-cı turunda “Rasinq” öz meydanında “Valyadolid”i 4:1 hesabı ilə məğlub edərək İspaniya La Liqasına vəsiqəni təmin edib.
90deqiqe.Az xəbər verir ki, qarşılaşma İspaniyanın Santander şəhərində yerləşən “El Sardinero” stadionunda keçirilib.
Meydan sahiblərinin heyətində Aşer Vilyalibre 33-cü dəqiqədə fərqlənib. Sulyeman Kamara 90+5-ci dəqiqədə qol vurub. Andres Martin isə 62-ci və 73-cü dəqiqələrdə fərqlənərək dubla imza atıb.
Qonaq komandanın yeganə qolunu isə 42-ci dəqiqədə Məhəmməd Djaub vurub.
40 turdan sonra “Rasinq” 78 xalla turnir cədvəlinə başçılıq edir və “Deportivo” ilə “Almeriya”nı 7 xal qabaqlayır. “Deportivo”nun isə bir oyun ehtiyatı var.
Çempionatın başa çatmasına iki tur qalıb. Bu nəticə ilə “Rasinq” ən azı ikinci yerdən aşağı düşməyəcək və növbəti mövsümdə La Liqada çıxış edəcək.