2 iyul 2026. Cümə axşamı

“Rayo Valyekano” “Vilyarreal”ı məğlub etdi


“Rayo Valyekano” “Vilyarreal”ı məğlub etdi

İspaniya La Liqasının 37-ci turunda “Rayo Valyekano” öz meydanında “Vilyarreal”ı qəbul edib.

90deqiqe.Az xəbər verir ki, görüş paytaxt klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki qol ayrı-ayrı hissələrdə vurulub.

Eyni vaxtda keçirilən digər oyunda Madridin “Atletiko” klubu öz meydanında “Jirona”ya 1:0 hesabı ilə qalib gəlib.

Bu nəticələrdən sonra “Vilyarreal” və “Atletiko” 69 xalla turnir cədvəlində üçüncü yeri bölüşürlər.

Son turda hər iki komanda üz-üzə gələcək. Görüş “Vilyarreal”ın meydanında keçiriləcək və üçüncü yerin taleyi məhz həmin oyunda həll olunacaq.

Bununla belə, hər iki komanda artıq əsas hədəfinə çatıb – növbəti mövsümdə İspaniyanı Çempionlar Liqasında təmsil edəcəklər.

“Rayo Valyekano” isə 8-ci pillədə qərarlaşıb və avrokubok zonası ilə mübarizəni davam etdirir.







İspaniya L.L.

"Luka Modriç mənim üçün bütdür"
  • İspaniya L.L.
  • 22:07 30.06.2026
"Luka Modriç mənim üçün bütdür"
"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"