2 iyul 2026. Cümə axşamı

“Real”ın müdafiəçisi dünya çempionatından kənarda qala bilər


“Real”ın müdafiəçisi dünya çempionatından kənarda qala bilər

“Real” klubunun mərkəz müdafiəçisi Din Hoysen qarşıdan gələn dünya çempionatını buraxa bilər.

90deqiqe.Az-ın “Diario AS” nəşrinə istinadən məlumatına görə,son dövrlərdə ispaniyalı futbolçunun fiziki durumu qənaətbəxş deyil. Bu səbəbdən o, “Real”ın “Real Oviedo” və “Barselona”ya qarşı son iki oyununu buraxıb.

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente 21 yaşlı müdafiəçini mundial üçün yekun siyahıya daxil etməyə bilər.

Beləliklə, gənc futbolçunun milli komandanın heyətindən kənarda qalma ehtimalı yüksək qiymətləndirilir.

Din Hoysen debütünü 2025-ci ilin martında edib və bu müddətdə İspaniya millisində 7 oyunda iştirak edib.

Cari mövsümdə isə o, Madrid klubunun heyətində bütün turnirlərdə 38 matça çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə verib.







İspaniya L.L.

"Luka Modriç mənim üçün bütdür"
  • İspaniya L.L.
  • 22:07 30.06.2026
"Luka Modriç mənim üçün bütdür"
"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"