- İspaniya L.L.
- 23:52 17.05.2026
İspaniya La Liqasının 37-ci turunda “Real Sosyedad” öz meydanında “Valensiya”nı qəbul edib.
90deqiqe.Az xəbər verir ki, San-Sebastyanda yerləşən “Reale Arena” stadionunda keçirilən qarşılaşmanı baş hakim Iosu Apestegia idarə edib.
Görüş qonaq komandanın 4:3 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesab erkən açılıb. 3-cü dəqiqədə meydan sahiblərinin müdafiəçisi Ayen Munyos fərqlənib. 8-ci dəqiqədə Xavi Gera bərabərlik qolunu vurub. 22-ci dəqiqədə isə Uqo Duro “Valensiya”nı önə keçirib.
İkinci hissədə 60-cı dəqiqədə qonaqların müdafiəçisi Sesar Tarreqa avtoqola imza ataraq hesabı bərabərləşdirib. 63-cü dəqiqədə Orri Ouskarsson “Real Sosyedad”ı yenidən irəli çıxarıb.
70-ci dəqiqədə “Valensiya”nın futbolçusu Eray Jemert qırmızı vərəqə alaraq meydandan qovulub. Buna baxmayaraq, 89-cu dəqiqədə Qvido Rodriges hesabı bərabərləşdirib.
Görüşün əsas vaxtına əlavə olunan 3-cü dəqiqədə Xavi Gera yenidən fərqlənərək “Valensiya”ya qələbə qazandırıb.
Qeyd edək ki, “Real Sosyedad”ın rusiyalı yarımmüdafiəçisi Arsen Zaxaryan start heyətdə meydana çıxıb və 58 dəqiqə oynayıb.
37 turdan sonra “Real Sosyedad” 45 xalla turnir cədvəlində 11-ci yerdədir. “Valensiya” isə 46 xalla 9-cu pillədə qərarlaşıb.