- İspaniya L.L.
- 23:36 18.05.2026
“Barselona” baş məşqçi Hans-Diter Fliklə müqaviləni uzadıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti rəsmi saytında məlumat yayıb.
Yeni müqavilə alman mütəxəssislə 2028-ci ilin yayına qədər nəzərdə tutulub və əlavə olaraq bir mövsümlük uzadılma opsiyasını da ehtiva edir.
Saziş bazar ertəsi – 18 may tarixində “Barselona”nın ofisində imzalanıb. İmzalanma mərasimində klubun idman direktoru Rafael Yuste, futbol şöbəsinin rəhbəri Deku və idman komissiyasının digər üzvləri iştirak ediblər. Həmçinin klub prezidenti Joan Laporta da mərasimdə yer alıb.
Flik 2024-cü ilin yayından “Barselona”ya rəhbərlik edir. Cari mövsümdə Kataloniya təmsilçisi La Liqanın qızıl medallarını qazanaraq, “Real Madrid”lə matçda (2:0) çempionluğu rəsmiləşdirib.