5 iyul 2026. Bazar günü

Karvaxal komanda üzvlərini vida süfrəsinə dəvət etdi


Karvaxal komanda üzvlərini vida süfrəsinə dəvət etdi

Bir neçə gün əvvəl mövsümün sonunda müdafiəçi Dani Karvaxalın “Real”ı tərk edəcəyi açıqlanıb.

90deqiqe.Az-ın “The Athletic”ə istinadən məlumatına görə, Karvaxal çərşənbə günü komanda üzvlərini və klubun bəzi əməkdaşlarını vida şam yeməyinə dəvət edib.

Maraqlıdır ki, “kral klubu”nun kapitanı hazırkı baş məşqçi Alvaro Arbeloanı bu tədbirə çağırmayıb. Arbeloa şam yeməyində iştirak etməyəcək.

Qeyd edək ki, Dani Karvaxal karyerasının böyük hissəsini “Real Madrid”də keçirib. O, yalnız 2012/2013 mövsümündə Almaniyanın “Bayer” klubunda çıxış edib.

“Real” 23 mayda mövsümdə son oyununa çıxacaq və “Atletik”lə qarşılaşacaq.

Gözləntilərə əsasən, gələn həftə “Real Madrid”in yeni baş məşqçisi Joze Mourinyo olacaq.







İspaniya L.L.

Arauxo “Barselona”da qalmaq istəyir
  • İspaniya L.L.
  • 23:48 02.07.2026
Arauxo “Barselona”da qalmaq istəyir
"Luka Modriç mənim üçün bütdür"
  • İspaniya L.L.
  • 22:07 30.06.2026
"Luka Modriç mənim üçün bütdür"
"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"